Konfrans Liqasının 1/8 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə keçirilib.

Türkiyə təmsilçisi “Samsunspor” İspaniyada “Rayo Valyekano”nun qonağı olub və qələbə qazanmasına baxmayaraq, mübarizəni dayandırıb.

“Fiorentina” isə səfərdə “Rakuv”la qarşılaşıb. İtaliya təmsilçisi bu görüşdə də qalib gələrək, mərhələ adlayan tərəf olub.

Konfrans Liqası
1/8 finalın cavab oyunları

19 mart

AEK (Larnaka, Kipr) – Kristal Pelas (İngiltərə) 1:2
Qollar: Saborit, 63 – Sarr, 13; 99.
İlk oyun – 0:0

Rakuv (Polşa) – Fiorentina (İtaliya) 1:2
Qollar: Ştruski, 46 – Pikkoli, 68. Ponqraçiç, 90+7.
İlk oyun – 1:2

AEK (Yunanıstan) – Çelye (Sloveniya) 0:2
Qollar: İosifov, 13. Pozeq, 42.
İlk oyun – 4:0

Maynts (Almaniya) – Siqma (Çexiya) 2:0
Qollar: Poş, 46. Sleb, 82.
İlk oyun – 0:0

Şaxtyor (Ukrayna) – Lex (Polşa) 1:2
Qollar: Moutinyo, 67-öz qapısına – İshak, 13; 45+7-pen.
İlk oyun – 3:1

Sparta (Çexiya) – Alkmaar (Niderland) 0:4
Qollar: Yensen, 8. Parrott, 58. Meynan, 62. Daal, 73.
İlk oyun – 1:2

Rayo Valyekano (İspaniya) – Samsunspor (Türkiyə) 0:1
Qol: Ndiaye, 65.
İlk oyun – 3:1

Strasburq (Fransa) – Riyeka (Xorvatiya) 1:1
Qollar: Barko, 71 – Fruk, 21.
İlk oyun – 2:1