“Şamaxı”nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 36-cı turunun “Qarabağ”la matçından (0:1) öncə klubun idarə heyətinin sədri Elçin Usub 39 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edilib.


Kamal Bayramov karyerası ərzində “Neftçi”, “Muğan”, “Turan Tovuz”,  “Xəzər Lənkəran”, “Rəvan”, “Araz-Naxçıvan”,  AZAL, “Zirə”, “Səbail”  və “Şamaxı”da çıxış edib.