“Sabah”ın məşqçisinə 7, “Qarabağ”ın məşqçilərinə 6 oyunluq cəza
- 15:00
- 58
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22-23-cü turları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
22-ci turun “Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun cəza alıb, “Sabah” komandası 15000 manat cərimə edilib. “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun cəza alıb, “Qarabağ” komandası 6000 manat cərimə edilib. “Qarabağ”ın məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun cəza alıb, “Qarabağ” 6000 manat cərimə edilib.
23-cü turun “Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.
“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandası 15000 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.