“Sabah”ın ÇL oyunlarının hakimləri açıqlandı
- 21:30
- 31
"Sabah"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) keçiriləcək oyunları üçün hakim təyinatları açıqlanıb.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ilk görüşü polşadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Patrik Qriçkieviç olacaq. Ona yan xətdə Marçin Bonyek və Bartoş Kasunski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Voyçex Muç yerinə yetirəcək.
İyulun 7-də Masazırda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında Uelsdə keçiriləcək cavab matçı isə İspaniyadan olan hakimlərə tapşırılıb. Oyunun baş hakimi Mateu Buskets Ferrer olacaq. Ona yan xətdə İnyiqo Prieto və Qonzalo Qarsiya kömək edəcək. Migel Anxel Ortis isə dördüncü hakim funksiyasını yerinə yetircəcək.
İyulun 14-də Osvestridəki "Park Hall"da keçiriləcək TNS - "Sabah" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.