“Sabah” Futbol Akademiyasının “Azərlotereya”nın təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən seçimlərinə yekun vurulub.

Rekord.az xəbər verir ki, seçimlər Tərtərlə yanaşı, Ağcabədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edib.

2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiyaya maraq çox böyük olub. Belə ki, seçimlərdə 600-dən çox azyaşlı iştirak edib, 22 uşaq seçimlərin növbəti – Bakı mərhələsində iştirak etmək hüququ qazanıb.