Roy Kehata ağır zədə - Mövsümü bitirə bilər!
- 21:42
- 46
"Sumqayıt"ın israilli yarımmüdafiəçisi ağır zədə alıb. "Rekord.az" xəbər verir ki, o, bu səbəbdən "Qəbələ" ilə bugünkü qarşılaşmanı yarımçıq tərk edib. Həkimlərin ilkin rəyinə əsasən, futbolçunun Axill vətəri qırılıb. Bu məlumat təsdiqlənərsə, Kehat yaya qədər yaşıl meydanlara qayıda bilməyəcək. Son duruma sabahkı MRT-dən sonra aydınlıq gələcək.