Ronaldo 2 qol vurdu, Portuqaliya Özbəkistanı darmadağınla yendi
- 23:06
- 30
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın növbəti matçında Portuqaliya Özbəkistana qalib gəlib.
Hyuston stadionunda keçirilən K qrupunun 2-ci turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kristiano Ronaldo bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qollar isə Nuno Mendes (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.
Qrupun digər oyununda, saat 06:00-da Kolumbiya - Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.