İspaniya La Liqasının 32-ci turunda keçirilən “Real” – “Barselona” matçında (3:2) tarixi hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, “Kral klubu”nun heyətində Cud Bellingem 2007-ci ildən sonra ardıcıl iki “el klasiko”da qol vuran futbolçu olub.

Sonuncu dəfə eyni uğura 17 il əvvəl Madrid klubunun niderlandlı hücumçusu Rud Van Nisterloy imza atıb.

İngiltərəli futbolçu cari mövsüm “Real”ın heyətində 36 oyunda meydana çıxıb və 21 qol vurub.