“Real” “Mançester Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi
- 01:59
- 35
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb.
Rekord.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.
“Real” evdə “Mançester Siti” ilə qarşılaşıb. Madrid təmsilçisi ilk oyunda darmadağına sevinib.
PSJ də “Çelsi”ni 5 qolla məğlub edib. “Bodo Qlimt” isə “Sportinq”i darmadağınla yola salıb.
“Bayer”lə “Arsenal”ın ilk görüşü isə bərabərliklə yekunlaşıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
11 mart
Bayer (Almaniya) – Arsenal (İngiltərə) 1:1
Qollar: Andrix, 46 – Haverts, 89-pen.
Bodo Qlimt (Norveç) – Sportinq (Portuqaliya) 3:0
Qollar: Fet, 32-pen. Blomberq, 45+1. Hoq, 71.
PSJ (Fransa) – Çelsi (İngiltərə) 5:2
Qollar: Barkola, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86; 90+4 – Qusto, 28. E.Fernandes, 57.
Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:0
Qollar: Valverde, 20; 27; 42.