photo

Ramil Şeydayev: "Özümün də çox səhvim oldu"

  • 2019-11-17 12:32
  • 142

"Çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Bəzi epizodlarda qol vura bilmədik". 

Rekord.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib.

23 yaşlı hücumçu seçmə mərhələnin son turunda Slovakiya ilə görüşdə qalib gəlməyə çalışacaqlarını söyləyib: "İtirəcəyimiz bir şey yoxdur. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara bilərik. Bu gün bütün futbolçular mübarizə apardılar. Özümün də çox səhvim oldu".

Son xəbərlər