"Yurgoden"də işləri yaxşı getməyən Musa Qurbanov başqa kluba keçə bilər.

Rekord.az xəbər verir ki, İsveç təmsilçisi ilə müqaviləsi olan futbolçu böyük ehtimalla icarə formasında klubunu dəyişə biləcək.

Onun yenidən "Qarabağ"a dönəcəyini də ehtimal edənlər var. Lakin bizim əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov oğlunun Azərbaycana dönüşünün qəti əlehinədir. Təcrübəli mütəxəssis oğlunun karyerasına Avropada davam etməsinin tərəfdarıdır.