"Bayern"in yarımmüdafiəçisi Leon Qoretska 2025/26 mövsümünün sonunda komandadan ayrılacaq.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Freynd açıqlama verib.


O, 2026-cı ilin yayında müqavilə müddəti başa çatacaq 30 yaşlı almaniyalı futbolçu ilə yolların ayrılması barədə qərar verildiyini deyib.


Qoretska 2018-ci ilin yayında "Şalke" klubundan "Bayern”ə transfer olunub. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 28 matça çıxıb və 1 qol vurub.