“Qəbələ”də yeni futbolçu
- 29 Yan 2026 23:00
- 37
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Cənubi Afrika Respublikasının (CAR) "Stellenboş" klubunda çıxış edən cinah müdafiəçisi Turan Manafovu sıralarına cəlb edib.
27 yaşlı oyuncu cari mövsümün sonuna kimi icarə əsasında "Qəbələ"də çıxış edəcək.