“Qəbələ” qalib gəldi, “Karvan” uduzdu
- 19:00
- 34
Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
Əvvəlcə “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”la qarşılaşıb və 2 cavabsız qolla uduzub. Günün digər oyunu “Qəbələ” ilə “İmişli” arasında keçirilib. 5 qolluq bu görüşdə isə meydan sahibləri qalib gəlib.
“Kəpəz” – “Şamaxı” və “Zirə” – “Sabah” oyunları sabah, “Araz – Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” görüşləri fevralın 1-də keçiriləcək.
Misli Premyer Liqası
18-ci tur
30 yanvar
“Karvan-Yevlax” – “Sumqayıt” 0:2
Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
Yevlax şəhər stadionu, 14:30.
Karvan-Yevlax: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Baş məşqçi: Füzuli Məmmədov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsane Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.
“Qəbələ” – “İmişli” 3:2
Qollar: Domi Massumo, 27; 45+1; 88 - Dioqo Almeyda, 7; 61.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
Qəbələ şəhər stadionu, 17:00.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Məşqçi: George Çixradze.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.