“Qarabağ”ın oyununun biletləri satışa çıxarıldı
- 17:40
- 32
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununun biletləri bu gün saat 17:00-dan etibarən satışdadır.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 17:00-dan etibarən “iTicket.az”-da onlayn, oyun günü isə həm “iTicket.az”-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.