“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu bəlli oldu
- 17:00
- 34
Bugünlərdə “Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense”yə transfer olunub.
Bu barədə klub məlumat yayıb.
“Farense” yeni transferini azarkeşlərə təqdim edərək, “Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.
Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.