"Qarabağ" yeni hücumçu axtarışına çıxıb.

Rekord.az xəbər verir ki, buna səbəb ön xətdə olan qolçuluq problemidir.

Xüsusilə də Maqaye Qeyenin zəif oyunu baş məşqçi Qurban Qurbanovu bu haqda düşünməyə vadar edir. Üstəlik, arada ön xətt oyunçularının zədələnməsi da baş məşqçini çətin vəziyyətdə qoyur. Əldə etdiyimiz son məlumata görə, artıq Avropadan iki futbolçunun oyunu nəzarətə götürülüb və həmin futbolçulardan birinin qışda komandaya dəvət olunmağı gözlənilir.