“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşıb.

İngiltərə nəhəngi ilə oyun Liverpul şəhərində keçirilib. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi İvan Krujlyak olub.

Ağdam təmsilçisi bu görüşdə 6 cavabsız qolla məğlub olub. Amma bu, "Qarabağ"ın 22-ci yeri tutmaqla ÇL-in pley-offuna çıxmasına mane olmayıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur

28 yanvar

“Liverpul” - “Qarabağ” 6:0
Qollar: Aleksis Makallister, 15; 61. Florian Virts, 21. Məhəmməd Salah, 50. Huqo Ekitike, 57. Federiko Kyeza, 90.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Liverpul. “Enfild Roud” stadionu.

Liverpul: 1. Alisson Bekker, 4. Vircil van Deyk (k), 7. Florian Virts, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 18. Kodi Qakpo, 22. Huqo Ekitike, 26. Endryu Robertson, 30. Ceremi Frimponq, 38. Rayan Qravenberx.
Ehtiyat oyunçular: 25. Georgi Mamardaşvili, 28. Freddi Vudman, 3 Vataru Endo, 6. Miloş Kerkez, 14. Federiko Kyeza, 42. Trey Nyoni, 65. Amara Nallo, 68. Kiran Morrison, 73. Rio Nqumoha.
Baş məşqçi: Arne Slot.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.