"Qarabağ" Avstriyada təlim-məşq toplanışına start verib.


Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi məşq prosesindən videoçarx yayımlayıb.


Görüntülərdə əsas komandanın heyətində məşq edən Elvin Cəfərquliyev də yer alıb.


Xatırladaq ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.