“Qalib gəlsək də, oyundan tam razı deyiləm”
- 18:00
- 26
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı deyiləm. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır”.