“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
- 02:06
- 35
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün 1/4 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib.
“Barselona” evdə “Nyukasl”ı, “Bayern” “Atalanta”nı, “Liverpul” isə “Qalatasaray”ı böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib. “Totenhem” də “Atletiko”nu yenib. Amma ilk oyunda uduzmuş İngiltərə təmsilçisi mərhələ adlaya bilməyib.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
18 mart
Barselona (İspaniya) – Nyukasl (İngiltərə) 7:2
Qollar: Rafinya, 6; 72. Bernal, 18. Yamal, 45+7-pen. F.Lopes, 51. Levandovski, 56; 61 - Elanqa, 15; 28.
İlk oyun – 1:1.
Liverpul (İngiltərə) – Qalatasaray (Türkiyə) 4:0
Qollar: Soboslai, 25. Ekitike, 52. Qravenberx, 53. Salah, 62.
İlk oyun – 0:1.
Bayern (Almaniya) – Atalanta (İtaliya) 4:1
Qollar: H.Keyn, 25-pen; 54. L.Karl, 56. L.Dias, 70 – Samardziç, 86.
İlk oyun – 6:1.
Tottenhem (İngiltərə) – Atletiko (İspaniya) 3:2
Qollar: K.Muani, 30. X.Simons, 52; 90-pen – X.Alvares, 47. Hansko, 75.
İlk oyun – 2:5.