PSJ futbolçusu Varren Zair-Emeri ilə yeni müqavilə imzalayıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin iyununa qədər uzadılıb.

PSJ-nin akademiyasının yetirməsi olan futbolçu 2022-ci ildən əsas komandada oynayır. O, bu mövsüm meydana çıxdığı 38 matçda 3 qol vurub, 6 qolun ötürməsini verib.