2012-2017-ci illərdə Premyer Liqamızda çıxış etmiş David Petrjkeviç Azərbaycan mətbəxinə vurulub.

Rekord.az xəbər verir ki, polşalı qapıçı təndir çörəyini çox sevdiyini deyib:

"Zaqataladan Qəbələyə gedərkən avtobusu yolun kənarında saxlayıb çörək alırdıq. Təndir çörəyinin xüsusi dadı var".

2012/13 mövsümündə "Simurq"da çıxış edən David Petrjkeviç həmin il Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib. O, 2013/2014 və 2015/2017 mövsümlərində "Qəbələ"nin formasını geyinib.