Cari mövsüm "Kəpəz"in heyətində yaxşı mövsüm keçirən Papunaşvili daha yaxşı maliyyə şərtləri olmayacağı halda klubdan ayrıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, Azərbaycan çempionatından iki komanda bu futbolçunu heyətinə qatmaq istəyir.

Söhbət "Sumqayıt" və "Zirə"dən gedir. Futbolçu özü də daha iddialı komandada oynamaq arzusundadır.