"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:


“Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır. 


İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi. 


Fikrimcə, oyundan oyuna daha yaxşı oluruq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilənləri yerinə yetirməyə çalışırlar".