Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya milli komandasının heyəti açıqlanıb.

Rekord.az Qvineya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.

2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.

Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.