Əvəzedicilər Liqasında 31-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün son 2 oyun baş tutub.

“Zirə-2” – “Neftçi-2” oyununda qalib müəyyənləşməyib. “Kəpəz-2” isə “Sabah-2” ilə ev oyunundan xalsız ayrılıb.

Əvəzedicilər Liqası
31-ci tur

22 aprel

“Zirə-2” – “Neftçi-2” 2:2
Qollar: Vüsal Əliyev, 44, Nazim Həsənzadə, 52 - Cavanşir Şahbazlı, 17. Turan Vəlizadə, 73.
Binə qəsəbə stadionu, 15:00.

“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: İdris İnqilablı, 46.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Zakir Şükürzadə, İrşad Aydınov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

Turun digər oyunları:

“Turan Tovuz-2” – “Sumqayıt-2” 1:6
“Araz-Naxçıvan-2” – “Səbail-2” 0:2
“Qarabağ-2” – “Qəbələ-2” 1:2