“Neftçi”, “Zirə”, “Qarabağ” və “Sabah”ın Konfrans Liqasındakı potensial rəqibləri bilindi
- 16:20
- 35
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilən püşkatmada Azərbaycan təmsilçisilərinin də rəqibləri bilinib.
“Neftçi” bu mərhələdə "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.
"Zirə" 1-ci təsnifat mərhələsində "Torpedo" (Gürcüstan) səddini aşarsa, növbəti raundda "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasında yarışacaq "Sabah" (Azərbaycan) - TNS (Uels) cütünün məğlubu ilə Avropa Liqasında mübarizə aparacaq "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) cütünün məğlubunun da rəqibləri müəyyənləşib.
"Sabah" TNS-ə uduzarsa, KL-də 2-ci mərhələdə “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
"Qarabağ" isə "Vestri" səddini keçə bilməyəcəyi halda KL-də 2-ci mərhələdə "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, ÇL-ə birinci mərhələdən başlayan cütlüklərin məğlubu mübarizəni Avropa Liqasında deyil, KL-də davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü mərhələsinə düşür.