“Neftçi" və "Zirə"nin potensial rəqiblərinin siyahısı dəqiqləşdi
- 13:45
- 32
"Neftçi" və "Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqiblərinin siyahısı dəqiqləşib.
Rekord.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Yarışa II təsnifat mərhələsindən qoşulacaq "Neftçi"nin potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa), "Apollon" (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan), "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.
I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə qarşılşacaq "Zirə"nin növbəti raunddakı potensial rəqibləri isə AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.