“Neftçi” vahid lider oldu, bir oyun baş tutmadı
- 17:40
- 31
Futzal üzrə Yüksək Liqada 15-cii turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, günün ilk matçında "Baku Fire" "Şuşa" kollektivini 8:4 hesabı ilə üstələyib.
Ardınca turun mərkəzi görüşündə "Neftçi" İK "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub edib.
"Lənkəran" komandası U-19 ilə keçiriləcək matç üçün təyin olunmuş vaxtda meydana çıxmadığına görə qarşılaşma baş tutmayıb. Oyunun nəticəsi ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.
Hazırda yarış cədvəlində xal durumu belədir:
"Neftçi" İK - 40, "Araz-Naxçıvan" – 37, "Baku Fire" – 29, "Şuşa" – 18, U-19 – 6, Lənkəran – 0.