"Neftçi" stadionunda Banişevski tribunası olacaq!
- 11:54
- 35
Bu gündən etibarən "Neftçi"nin stadionu "Palms Sports Arena"nın ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.
"Rekord.az" xəbər verir ki, bu barədə klub rəhbərliyi qərar verib.
Əfsanəvi "Neftçi"linin xatirəsinin bu formada əbədiləşdirilməsi ictimaiyyət tərəfindən müsbət qarşılanıb.