“Neftçi” “İmişli” ilə oyuna itki ilə çıxacaq
- 20:30
- 36
Misli Premyer Liqasının 25-ci turunda "İmişli" ilə üz-üzə gələcək "Neftçi" sözügedən matçın hazırlığı başa vurub.
Rekord.az xəbər verir ki, "ağ-qaralar"ın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Martın 20-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "İmişli" matçı saat 19:15-də başlanacaq.