Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, komanda 6-cı tur çərçivəsində QAİS-i qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qurbanlı 80-ci dəqiqədə meydana buraxılıb.

"Yurqorden" hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb.