“Misirlə matçın ilk hissəsində yaxşı oynadıq”
- 09:20
- 31
Yeni Zelandiya millisi dünya çempionatının G qrupunun 2-ci turunda Misirlə matçın ilk hissəsində çox yaxşı oynayıb.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Darren Beyzli matçdan sonra açıqlama verib.
Mütəxəssis 1:3 hesabı ilə uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bu, məyusedici nəticədir. İlk hissədə çox yaxşı oynadıq. Topa sahib olduq və çoxlu qol şansları yaratdıq. İkinci yarıda da yaxşı oynayacağımızı düşündük. Amma tempə uyğunlaşa bilmədik. Rəqib tempi artırdı və ilk hissədə etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə məyus olduq. Tarix yazmağın bir addımlığındayıq. Bilirik ki, növbəti görüşdə Belçikanı məğlub etməliyik".
Xatırladaq ki, ABŞ, Meksika və Kanada təşkil olunacaq DÇ-2026 iyulun 19-da başa çatacaq.