Misir yığmasının yeni rekordçusu oldu
- 16:00
- 34
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub.
Rekord.az xəbər verir ki, təcrübəli hücumçu Misir millisinin tarixində qol vuran ən yaşlı futbolçu adına sahib çıxıb.
O, DÇ-2026-nın qrup mərhələsinin II turunda, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub.
Qeyd edək ki, M.Abdelqani 1990-cı ildə keçirilən Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.