“Mingəçevir”in baş məşqçisinə 4 oyunluq cəza
- 16:00
- 29
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 15-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov 4 oyunluq cəzalanıb. O, "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.
Bundan başqa, sözügedən görüşdə "Şəfa"nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.
"Mingəçevir" komandası istifadə etdiyi paltardəyişmə otağına dəymiş zərəri də qarşılayacaq.
Turun "Şimal" – "Şahdağ Qusar" matçında ikincilərin futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya olunub, komandası 900 manat cərimələnib.