Mingəçevir stadionunda təmir başladı: işlər bu şəxsə tapşırıldı
- 15:00
- 66
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir işlərinə start verilib.
Rekord.az xəbər verir ki, təmir əsnasında həm ot örtüyü, həm də tribunalar yenilənəcək.
Təbii örtük saxlanılacaq. Tribunalarda isə köhnə oturacaqların yenilənməsi ilə yanaşı. VİP sektor da yaradılacaq. Klub rəhbərliyi stadionla, xüsusilə ot örtüyü ilə bağlı bütün işləri Sulduz Salmanova tapşırıb. Sözügedən şəxs artıq Mingəçevir stadionunda olub, baxış keçirib. Onun tövsiyyəsi ilə ilk olaraq yeni su çəniniun quraşdırılmasına qərar verilib.
Qeyd edək ki, ADBTİA-nın futbol şöbəsində müəllim işləyən Salmanov, uzun müddət akademiyanın stadionunun ot örtüyünə baxıb, sözügedən stadionun direktoru olub. O, sabiq FİFA hakimi Anar Salmanovun atasıdır.