Millinin portuqaliyalı yeni baş məqşçisinin yerli köməkçiləri kim olacaq?
- 15:00
- 41
Rui Jorje U-20 millimizin yeni baş məşqçisi oldu.
Rekord.az xəbər verir ki, dünən onun rəsmi təqdimatı və mətbuat konfransı da oldu.
Həmin mərasimdə portuqaliyalının köməkçilərindən ikisi təqdim olundu. Hər ikisi portuqaliyalı idi. Daha iki köməkçiunin adı isə yaxın zamanlarda açıqlanacaq. Bir nəfər yerli olacaq bu, dəqiqdir. Özü də cavan məşqçilərdən. Əldə etdiyimiz məlumata görə, hazırda bu posta 9 namizəd var və AFFA bu məşqçilərdən birini seçəcək. Qapıçı-məşqçi məsələsi isə açıq qalıb. Bu məşqçinin yerli, yoxsa əcnəbi olacağı da hələlik sual altındadır. Lakin aprel ayına kimi bu məsələnin də həllini tapacağı gözlənilir.