Niderland Erediviziyasında 27-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" bu turda “Sittard”ı qəbul edib və 1:2 hesabıyla uduzub.


Kökçü start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.


"Volendam" hazırda 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.