Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq çərçivəsində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, hər iki oyun azərbaycanlı hakimlər tərəfindən idarə olunacaq.

Həmin təyinatları təqdim edirik:

Azərbaycan U-19 – Şimali Makedoniya U-19
24 mart. Dalğa Arena. Saat 18:00
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Rasim Axundov, Şamil İmanzadə
 
Azərbaycan U-19 – Şimali Makedoniya U-19
27 mart. Dalğa Arena. Saat 18:00
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, İslam Məmmədov