
Millimizin Macarıstanla matçının stadionu bəlli oldu
- 04 Apr 2025 18:40
- 221
Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoxlama görüşünün yeri müəyyənləşib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.
Qarşılaşmanın başlama saatı hələlik məlum deyil.