Millimiz İslamiadada növbəti qələbəsini qazandı
- 15:08
- 45
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi VI İslam Oyunlarında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamızın bugünkü rəqibi Tacikistan kollektivi olub.
Görüş voleybolçularımızın tam üstünlüyü ilə keçib. Faiq Qarayevin yetirmələri rəqibi quru hesabla məğlub ediblər.
Qeyd edək ki, millimizin növbəti oyunu 9 noyabrda Türkiyə komandasına qarşı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
VI İslam Oyunları
6 noyabr
Azərbaycan - Tacikistan 3:0 (25:5, 25:11, 25:9)