Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.


Rekord.az xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.


Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivinə 1:7 hesabı ilə məğlub olub.