Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma Portuqaliya ilə üz-üzə gəlib.


Azərbaycan millisi bu görüşdə rəqibinə qalib gəlib - 52:50.


Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.


Qeyd edək ki, komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70, İslandiyaya 56:95 hesabı ilə məğlub olub, Ukraynanı (77:68) üstələyib.