Məşhur qapıçı iki aylıq sıradan çıxıb
- 19:00
- 35
İspaniyanın "Jirona" klubunun qapıçısı Mark-Andre ter Şteqenin ən azı iki ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Rekord.az xəbər verir ki, buna futbolçunun ciddi zədələnməsi səbəb olub.
33 yaşlı qolkiperin bud əzələsində problem aşkarlanıb.
İcarə əsasında "Jirona"nın formasını geyinən oyunçunun müqaviləsinin ləğvi və "Barselona"ya qayıtması da mümkündür.
Mark-Andre ter Şteqen yanvarın 21-də "Jirona"ya keçib və iki oyunda meydanda olub.