Masazırda çölə çıxan biletli niyə geri qayıda bilmir?
- 11:00
- 36
Misli Premyer Liqasının 20-cu turu çərçivəsində keçirilən "Sabah" - "Kəpəz" matçından sonra bəziu narazılıqlar olub.
Rekord.az-la əlaqə saxlayan bəzi azarkeşlər Ramazan bayramı olmasın a baxmayaraq, içəri su buraxılmamsından narazılıq ediblər.
Başqa bir narazılıq isə biletli şəxsin çölə çıxdıqdan sonra yenidən içəri buraxılmaması, ondan yeni bilet alınmasının tələb olunması idi. Biz isə narazılıqlarla bağlı kluba müraciət etdik. "Sabah"ın mətbuat katibi Elnur Həmidov narazılıqlara belə aydınlıq gətirdi: "Birincisi, bizdə su ilə bağlı heç bir qadağa yoxdur. O ki qaldı bilet məsələsinə, bəli, bizdə turniket bir bileti bir dəfə tanıyır. Ona görə çölə çıxan şəxsi eyni biletlər yenidən geri qayıdıb içəri keçə bilmir. Bunu ona görə edirik ki, bir biletdən bir neçə şəxs istifadə edə bilməsin".