Almaniyanın 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" də bu gün növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda "Karlsrue"ni qəbul edib və 3:0 hesablı qələbəyə sevinib.


83-cü dəqiqədə meydana buraxılan Mahir qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının sonuncu qolunu vurub.


"Kayzerslautern" turnir cədvəlində 40 xalla 7-ci pillədə qərarlaşıb.