Lukaku DÇ-lərdə Belçika millisinin ən məhsuldar oyunçusu oldu
- 16:00
- 35
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyununda fərqlənməklə nail olub.
O, mundiallardakı qollarının sayını altıya çatdırıb. Beləliklə, forvard Mark Vilmotsu (5 qol) geridə qoyub.
Xatırladaq ki, Belçika millisi 5 xalla G qrupunu birinci pillədə bitirib və pley-offa yüksəlib.