İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Lester”ə 3:0 hesabı ilə qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, “qırmızılar”ın futbolçusu Nabi Keyta zədələnib. 

Oyuna start heyətində başlayan 25 yaşlı futbolçu matçın 54-cü dəqiqəsində zədələnib və meydanı erkən tərk edib. 

Keytanın əzələsindən zədə aldığı bildirilir. Onun hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.