Əvəzedicilər Liqasında 32-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda meydan sahibləri qələbə qazanıblar. “Qəbələ-2” “Kəpəz-2” üzərində darmadağına sevinib. “Neftçi-2” isə “Turan Tovuz-2” ilə ev oyununda inamlı qələbə sayəsində zirvədəki mövqeyini qoruyub.

Əvəzedicilər Liqası
32-ci tur

29 aprel

“Sumqayıt-2” – “Qarabağ-2” 2:1
Qollar: Uğur Cahangirov, 30; 79-pen - Nurlan Şabanov, 73.
Hakimlər: Alik Yunusov, Kərim Zeynalov, Ruslan Babayev, Rəsul Babayev.

“Qəbələ-2” – “Kəpəz-2” 5:0
Qollar: Sənan Ağalarov, 22; 26; 28. Mehrac Baxşalı, 61. Bilal İsmayılov, 89.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.

“Neftçi-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Nurlan Musayev, 39. Kamal Kazımov, 77.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Anar Bədəlov, İrşad Aydınov.